Kişi-qadın dostluğu

Viskonsin universitetinin alimləri evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırmalar aparmaqla aşağıdakı nəticələrə gəliblər:

— kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidilər. Kişinin dostluq etdiyi qadına ehtirası “sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss hardasa vurub çıxır üzə. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.
Davamı →

Kişiləri nə xoşbəxt edir?

Kişilər də bəzi zamanlar ən xırda şeylərdən xoşbəxt ola bilirlər. Bəlkə də o kiçik şey sizin üçün əhəmiyyətsiz görünə bilər, ancaq kişini xoşbəxt edir. Əgər kişinin gözlədiyi kimi olmursa, araya məsafə qoyar, hətta mübahisə də edə bilər.

İcazə almaq
Bir yerə gedərkən, ya bir şey edərkən sevgilisinin ondan icazə alması kişini çox xoşbəxt edir. Kişilər hər münasibətdə son sözü özünün söyləməsini, bütün ipləri ələ almağı istəyər. Bu, sevdiyinizin hər dediyinə göz yumacaqsınız demək deyil, ancaq ona demədən bir şey etmədiyinizi hiss etdirin.

Dostlarınızla birlikdə ikən onunla mesajlaşmaq
Dostlarınızın yanında “Sonra danışsaq, olarmı?”, — deyə cavab yazmanız özünü dəyərsiz hiss etdirə bilər. Küsəyən biri olduğunu bilirsinizsə, belə etməyin. Yox, əgər başa düşən biridirsə, onsuz da o özü “dostlarına ayıb olmasın, sonra danışarıq” deyəcək.
Davamı →

Kişilər başqa qadınlara niyə baxır?

Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

“Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.
Davamı →

Toksik kişilər kimlərdir?

Bir kişinin bizə nə qədər zərər verə biləcəyini gözündən anlamağımız mümkünsüzdür təəssüf ki. Xüsusilə də “toksik kişi”ləri. Bəzən olduqca kübar, anlayışlı və romantik bir kişi olan partnyorunuz, bəzən də dünyanın ən anlayışsız insanınamı çevrilir?

Bir tərəfdən münasibətiniz sizi yorur, bir tərəfdən də görəsən, ona haqsızlıqmı edirəm deyə düşünürsünüz? Böyük ehtimalla haqsızlıq etmirsiniz. Çünki bu sürətlə dəyişən hisslər “toksik kişi”lərin də əsas xüsusiyyətidir. Gəlin keçək onların digər xüsusiyyətlərinə.
Davamı →

Kişilər haqqında 10 fakt

Subay kişilərin yarı faizi 27 yaşına qədər ailəsiylə yaşayır.

Bir çox kişi 25-30 yaşına kimi evlənməyi düşünür, ancaq çox azı bu xəyalı gerçəkləşdirir.

Kişilər xoşladıqları qadın tiplərini axtarsalar da, çox vaxt sevdikləri xanım həmin kriteriyalara uyğun olmur.

Subay kişilər online vasitəsilə daha çox alış-veriş edirlər.

Subay kişilərin 66 faizi gələcək xanımları ilə bağlı xəyallar qurarlar.

Kişilərin çoxu ciddi münasibətə başlamazdan öncə 4-6 qeyri-ciddi münasibət yaşayarlar.
Davamı →

Kişi qısqanclığının 5 səbəbi

Qadından yaşlıdır
Kişi yaşlıdır və gənc sevgilisinin, həyat yoldaşının daha gənc birindən xoşu gəlməsindən ölənə qədər qorxur.

Aldadır
«Kişi qarşısındakını özü kimi bilir» sözü əbəs yerə deyilməyib. Özü hər fürsətdə aldadan kişi, əlbəttə, birlikdə olduğu qadının onu aldatmasından qorxar.

İqtidarsızlıq
Ereksiya problemi olan kişi hər zaman birlikdə olduğu qadının ona xəyanət etdiyini düşünür. Bunun bir problem olduğunu qəbul edib tibbdən faydalanmaq əvəzinə qısqanclığı ilə qadını doğulduğuna peşman edir.
Davamı →

Kişilər bunları seksual hesab edir

Səhər yuxudan oyanarkən gərnəşmək
Kişilər səhərlər oyandığınız zaman gecə geyimində gərnəşməyinizi seksual hesab edirlər. Bu halınız onlara müdafiəsiz, içdən və həssas gəlir.

Dağınıq saçlar
Saçlarınızı yığmaq üçün vaxt və pul xərcləsəniz də, kişilər təbii saçları daha çox bəyənir. Dağınıq saçlar baxımlı saçlardan daha çox kişiləri cəlb edir.
Davamı →

Niyə kişilər özlərindən böyük qadınları seçir?

Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi?

Hormonlarına nəzarət edə bilərlər
Sevgiliniz sizdən yaşca böyükdürsə, emosional partlayışlarla qarşılaşmayacağınızdan əmin ola bilərsiniz. Yetkin qadınlar özlərini daha yaxşı idarə edə bildikləri üçün kişilərin üzərində emosional təzyiq yaratmırlar.
Davamı →

Keçmiş sevgilisini unuda bilməyən kişini tanıyın

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir.

Davamlı ondan bəhs edir
Hər söhbəti zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki sevgilisini unuda bilir.

Hələ də fotolarını saxlayır
Telefonuna və ya notbukuna baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.

Davamı →

Kişilərlə tanış olmaq üçün yollar

  • Qadın
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, bu yazı tam sizlikdi.

Kişilərlə söhbət edərkən dəqiq ol
Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi
Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.
Davamı →